“Fənərbağça” – “Lokomotiv” oyununda asayişin qorunmasına Rusiya təhlükəsizlik əməkdaşları da cəlb edilib
Bakı, 16 fevral, AZƏRTAC
Rusiya Daxili İşlər Nazirliyinin və “Lokomotiv” klubunun təhlükəsizlik xidmətinin əməkdaşları Türkiyə tərəfinin razılığı əsasında İstanbula gəliblər.
AZƏRTAC “TASS” informasiya agentliyinə istinadla xəbər verir ki, buna səbəb bu gün “Fənərbağça” və Rusiyanın “Lokomotiv” komandaları arasında futbol üzrə Avropa Liqasının 1/16 mərhələsində matçın keçirilməsidir. Rusiya təhlükəsizlik əməkdaşları ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi məqsədilə oyun zamanı stadionun qonaq sektorunda yer alacaq rus fanatlar arasında fəaliyyət göstərəcəklər.
Məlumata görə, Moskva klubunun yüz nəfərlik azarkeşini müşayiət etmək üçün onlara xüsusi avtobus da ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]