FƏRİD MANSUROV OLİMPİYA YARIŞLARININ YARIMFİNALINA ÇIXMIŞDIR
Bu dəfə onun rəqibi İran idmançısı idi. Çox gərgin keçən görüşün altı dəqiqəlik əsas hissəsi 2:0 hesabı ilə Fəridin xeyrinə qurtardı. Lakin yarışın qaydalarına görə, hesab azı üç xala çatmayanda əlavə vaxt təyin edilir. Əlavə vaxtda idmançımız iki dəfə parter vəziyyətində güləşməli olsa da, rəqibinə tam üstünlük əldə etməsinə imkan vermədi, İran idmançısı cəmi bir xal qazandı. Beləliklə, Fərid bu qarşılaşmada 2:1 hesabı ilə qalib gələrək yarımfinala çıxdı. Onun növbəti rəqibi İsveç idmançısı olacaqdır.
Olimpiyaçılarımıza uğurlar diləyir və onlara pəhləvanlarımız arasında yarışa birinci başlayan və əsil idmançı xarakteri, əzmkarlıq nümayiş etdirən və son anadək ruhdan düşməyən, öz gücünə inanan Fərid Mansurov kimi yarışmağı arzulayırıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [20:51]
Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq
- 26.08.2026 [17:20]