Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Şəfiyev: Naxçıvana dron hücumu İran tərəfindən qəsdən həyata keçirilmiş bir addım idi

Fərid Şəfiyev: Naxçıvana dron hücumu İran tərəfindən qəsdən həyata keçirilmiş bir addım idi

Bakı, 6 mart, AZƏRTAC

Biz artıq əsaslı şəkildə belə qənaətə gələ bilərik ki, Azərbaycanın Naxçıvan bölgəsinə edilən dron hücumu İran tərəfindən qəsdən həyata keçirilmiş bir addım idi. Qərarın Tehranda, yoxsa daha aşağı səviyyəli komandanlıq tərəfindən qəbul edildiyi sual olaraq qalır, lakin SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqələndirilən qeyri-rəsmi hesabların məlumatlarına əsasən, qərarın məhz onların tərəfindən verildiyi ehtimal olunur. Şübhəsiz ki, bu hadisə təsadüf deyil. Hücumlar tək bir dronla deyil, bir neçə pilotsuz uçuş aparatı ilə Naxçıvanda iki obyektə - beynəlxalq hava limanına və bir məktəbə qarşı həyata keçirilib. Eyni qaydada, Türkiyəyə qarşı raket hücumunun da təsadüf olduğuna inanmıram. Bu da qəsdən atılmış bir addım idi. Sual oluna bilər: İran bunu niyə edir? Axı Türkiyə və Azərbaycan bu müharibə zamanı (həmçinin ötənilki müharibə zamanı) neytral mövqe tutmuşdular. Azərbaycanın guya ötən il İsrailə hər hansı formada yardım göstərməsi barədə yayılan saxta xəbərlər dalğasına baxmayaraq, bu iddiaların tamamilə əsassız olduğu məlum oldu. Əks halda, İrana müəyyən rəğbəti olan Qərb mənbələri də daxil olmaqla (məsələn, bəzi liberal media qurumları, o cümlədən BBC) bunu ciddi sübutlarla xəbər verərdilər.

Bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin İranın Naxçıvandakı mülki strukturlara dron hücumlarına dair şərhində yer alıb.

O bildirib ki, bir neçə il əvvəl Ermənistanla münaqişə mərhələsini bağlamış Azərbaycan bir sıra “ekspertlər”in (diaspordakı radikal ermənilər, İran tərəfdarları və s.) iddialarının əksinə hər hansı münaqişədə maraqlı deyil. Şübhəsiz ki, Türkiyə İranda baş verən iğtişaşların, bu proseslərin təhlükəsizlik və regional geosiyasətə təsirlərinin fərqindədir. Məhz bu səbəblərə görə Ankara bu müharibəyə qarşı çıxmışdı. Bəs onda səbəb nədir? Problem ondadır ki, biz bu məsələyə ənənəvi məntiq prizmasından yanaşırıq. İranın radikal dairələri isə fərqli düşünür. Onların məntiqi bizim rasional qəbul etdiyimiz çərçivələri çox vaxt aşır. Qeyd etmək lazımdır ki, İran, hətta mövcud müharibənin qarşısını almaq üçün ciddi səylər göstərmiş Omanı belə hədəfə alıb. İranın xarici işlər naziri Abbas Əraqçinin izahı, əslində, göstərir ki, İran rəsmi olaraq müsəlman ölkələrini hədəf almadığını bildirsə də, ABŞ ilə əlaqəli hesab etdiyi obyektləri vurduğunu iddia edir. Bu isə o deməkdir ki, Tehran qonşu ölkələrdəki bəzi obyektləri, o cümlədən hava limanlarını, ABŞ ilə əlaqəli hesab edə bilər.

Fərid Şəfiyevinin sözlərinə görə, İranın radikal dairələri hesab edirlər ki, bu cür addımlarla onlar münaqişəni genişləndirərək digər ölkələrə zərər vururlar, həmin ölkələrdə ABŞ-İsrail əməliyyatlarına qarşı narazılıq yaradırlar, dünyaya açıq şəkildə meydan oxuyurlar. Azərbaycan dilində “meydan oxumaq” ifadəsi var. Fars dilində də buna bənzər “meydani-xani” ifadəsi mövcuddur. Bu, SEPAH sıralarına cəmiyyətin daha aşağı sosial təbəqələrindən daxil olmuş və bəzən bizim güman etdiyimiz qədər siyasi incəlik və diplomatik düşüncə tərzinə malik olmayan bəzi şəxslərin psixologiyasını yaxşı əks etdirir. Yəqin ki, bu müəyyən mənada regional xüsusiyyət də daşıyır. Məsələn, 2020-ci il müharibəsindən əvvəl Ermənistanın bəzi hərbi komandirləri yaxınlaşan müharibəni alqışlayır və Bakıda, Xəzər sahilində çay içəcəklərini deyirdilər. Bu iddiaların necə nəticələndiyini artıq hamı bilir: Ermənistan döyüş meydanında tam məğlubiyyətə uğradı. Hazırda müşahidə etdiyimiz tendensiya ondan ibarətdir ki, müharibədə heç bir rol oynamayan ölkələr belə İrana qarşı tənqidi mövqelər ifadə etməyə başlayırlar. Türkiyə xarici işlər naziri Hakan Fidanın müsahibəsini izləsəniz, onun İranın danışıqlar taktikasını kifayət qədər sərt tənqid etdiyini görərsiniz.

“Bu isə sizi təəccübləndirə biləcək başqa bir məqamdır: Bir çoxları danışıqların uğurunu nəticənin nə qədər tez əldə olunması ilə ölçdüyü halda, iranlılar, əslində, danışıqları uzadaraq qərar qəbulunu təxirə salmaqları ilə fəxr edirlər. Mövzu yalnız nüvə sazişi ilə bağlı deyil. Məsələn, artıq təxminən 20 ildir ki, İran siyasi müttəfiqi olan Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə danışıqları uzadır. Halbuki bu layihə üç ölkənin (İran, Rusiya və Azərbaycan) hamısı üçün iqtisadi fayda gətirə bilər. Lakin Tehran bəzən özünün əldə edəcəyi faydanı deyil, Azərbaycanın bu layihədən qazana biləcəyi üstünlükləri nəzərə alaraq prosesi ləngidir. Eyni yanaşmanı Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ildə qəbul edilmiş Konvensiyanın ratifikasiyası məsələsində də görmək mümkündür. İran hələ də sənədi ratifikasiya etməyib. Bu səbəbdən, təhlil apararkən bir anlıq İsrail və ya ABŞ amilini kənara qoymaq lazımdır. Sözügedən ölkələrin atdığı bir çox addımları beynəlxalq hüquq və ya humanitar baxımdan tənqid etmək mümkündür. İranın davranışlarını xüsusi analitik prizma çərçivəsində təhlil etmək lazımdır. Bu yanaşma İranın öz vətəndaşlarına münasibətində də görünür: ölkə dünyanın ən böyük enerji ehtiyatlarından birinə malik olsa da, əhali tez-tez su və elektrik çatışmazlığı ilə üzləşir. Belə olan halda, bu hakimiyyətin müsəlman qonşularının maraqlarını nə dərəcədə nəzərə alacağını soruşmaq tamamilə məntiqlidir”, - deyə BMTM-in İdarə Heyətinin sədri diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

İsveçin Höteborq şəhərində Azərbaycan Müstəqillik Günü qeyd edilib

Uşaqlara dəstək: “Əlini mənə ver, dostum” adlı xeyriyyə sərgisi

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"

Qazaxıstanın Aktau şəhərində robot itlər ictimai məkanlarda patrul xidməti aparır

Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək

Praqada Faiq Sücəddinovun yaradıcılıq axşamı

Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən sürücülərə müraciət edib

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ

Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi: “Balaca şahzadə”

FHN: Vətəndaşlara fövqəladə hallarda düzgün davranış qaydaları izah olunub

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

Bu saata olan əsas xəbərlər

Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür

Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub

“Sabah” nigeriyalı futbolçu ilə yollarını ayırıb

Şahdağa qar yağıb - Faktiki hava

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər

Yaponiyada gözlənilən hava şəraiti ilə əlaqədar 300-ə yaxın uçuş təxirə salınıb

ÜST: Tütün hər il 7 milyondan çox insanın ölümünə səbəb olur

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

ABŞ, Böyük Britaniya və Avstraliya sualtı dron texnologiyasını inkişaf etdirəcək

İsrail Livana növbəti dəfə zərbə endirib, 9 suriyalı qaçqın ölüb

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

ABŞ Prezidenti: İstədiyimizə nail oluruq

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var – YENİLƏNİB 2

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

NASA: ABŞ-nin üzərində meteorit partlayışının gücü 300 ton trotil gücünə bərabər olub

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

Sabah Moskvada gözlənilən hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb VİDEO

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb VİDEO

Media: “Hizbullah” İsrailin şimalına hava zərbələri endirib

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib VİDEO

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib VİDEO

Volfqanq Kubitski Almaniyanın Azad Demokratlar Partiyasının sədri seçilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Naxçıvanda “Şam işığında retro” adlı gecə

Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb - RƏY

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisi başlayıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollar olub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq

Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

Sındırqıda yenidən zəlzələ olub

Ağ Ev: Prezident Tramp ABŞ-nin xeyrinə olan bir razılaşma əldə edəcək

Dünyanın ən böyük qızıl ehtiyatına malik ölkələr – SİYAHI

Böyük Britaniyanın hərbi təyyarələri Rumıniya səmasında

İsrail ordusunun Livana son hücumları nəticəsində 11 nəfər həlak olub