Fərid Şəfiyev: Vişeqrad ölkələrinin təcrübəsi bizim üçün maraqlıdır
Bakı, 22 iyun, AZƏRTAC
İndiki dövrdə həm Cənubi Qafqazda, həm də Şərqi Avropada müəyyən iqtisadi dəyişikliklər baş verir. Bu dəyişikliklərin həm müsbət, həm də mənfi təsirləri var. Hər iki regionda müəyyən oxşarlıq mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
“Hər iki regionda vaxtilə kommunizm var idi, yəni, sosialist iqtisadiyyat hökm sürürdü. 1990-cı ildən Azərbaycan bazar iqtisadiyyatını qurur. Bu baxımdan Vişeqrad ölkələrinin təcrübəsi bizim üçün maraqlıdır və məqsədəuyğundur. Eyni zamanda, Azərbaycan və Vişeqrad ölkələri arasında müəyyən siyasi, təhlükəsizlik çərçivəsində təmaslar var, eyni zamanda, humanitar əlaqələr mövcuddur”, - deyə F.Şəfiyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]