Fevralda Dövlət Yanğın Nəzarəti Xidməti təbliğat xarakterli 764 tədbir keçirib
Bakı, 1 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən fevralda keçirilən “Yanğın təhlükəsizliyi ayı” ərzində ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyətinin iştirakı ilə 764 təbliğat xarakterli tədbir keçirilib. Bu tədbirlərdə 51 mindən artıq şəxs yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, 70 ünvanda yolun hərəkət hissəsinin bağlanmasına səbəb olan maneələr demontaj edilib, 98 ünvanda yanğına qarşı su təchizatı qurğusunun nasazlığı aşkarlanıb. Yaşayış komplekslərinin yerləşdiyi 74 ünvanda şərti “Yanğın” həyəcan siqnalı verilərək əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları cəlb edilib, mövcud əməliyyat şəraiti qiymətləndirilib.
Aşkarlanmış çatışmazlıqların qısa müddətdə aradan qaldırılması məqsədilə aidiyyəti üzrə məktublar ünvanlanıb.
Bu istiqamətdəki tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]