Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günüdür

Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun formalaşmasında da mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır.

Son illərdə Azərbaycanda aparılan uğurlu islahatlar yol-nəqliyyat sistemində, xüsusilə də avtomobil yolları ilə bağlı bir sıra irimiqyaslı layihələrin reallaşmasına səbəb olmuşdur. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, inkişafı, müasir tələblərə cavab verən magistral yolların inşası Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun aparılır. Bu proses paytaxtda və bölgələrdə yeni avtomobil yollarının salınması, körpü və keçidlərin tikintisi ilə müşayiət olunur.

Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu proses rayon və kənd yollarını da əhatə edir. Daim diqqətdə saxlanılan bu məsələ fevralın 12-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda da xüsusi vurğulanmışdır. Konfransdakı nitqində, ilk növbədə, infrastruktur layihələrinin davam etdirilməsinin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev demişdir ki, bu istiqamətdə görülən işlər müsbət qiymətləndirilə bilər və davam etdirilməlidir. Xüsusilə magistral yolların tikintisi və tamamlanması, kənd yollarının təmiri və tikintisi məsələləri ön plandadır. Demək olar ki, kənd yollarının tikintisi indi bütün bölgələrdə geniş vüsət almışdır. Bölgələrdən gələn əhali tərəfindən verilən təkliflər, edilən xahişlər əsasında biz bu layihələri icra edirik. İlk növbədə, biz əhalinin ən çox sıx məskunlaşdığı bölgələrdə, ən çox kəndləri birləşdirən yolları bərpa edirik. Qarşıya məqsəd qoyulubdur ki, bütün kənd yollarımız yüksək səviyyədə təmir edilsin, beləliklə, bu məsələ də öz həllini tapsın.

Göründüyü kimi, qarşıya qoyulan hədəf bəllidir. Bu istiqamətdə reallaşdırılan layihələr də vardır və bu hədəfə çatmaq üçün bundan sonra işlər daha da intensivləşəcəkdir. Ümumiyyətlə, magistral və kənd yollarının təmir-tikintisi bölgələrdə sahibkarlığın, bilavasitə iqtisadiyyatın inkişafına səbəb olacaqdır. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsinə əlavə töhfə verəcəkdir.

Paytaxt yollarının yenidən qurulması istiqamətində də mühüm tədbirlər görülür. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırılmasında önəmli amildir. Paytaxtda tikilən yeni dairəvi yol bu istiqamətdə nəzərdə tutulan planların həyata keçirilməsində mühüm rol oynayır. Bakının digər istiqamətlərə çıxışları da ən müasir səviyyəli yollar dərəcəsindədir. İndi Azərbaycanın avtomobil yolları işçiləri bir sıra beynəlxalq əhəmiyyətli yolların çəkilməsində böyük əmək sərf edirlər. Bu sırada əsas diqqət çəkən məqamlardan biri Azərbaycanı qonşu ölkələrlə birləşdirən magistral yolların salınmasıdır. Artıq Bakı-Rusiya Federasiyası, həmçinin Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yollarının tikintisi yekunlaşmışdır.

Beləliklə, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər ötən il də davam etdirilmişdir. Ümumiyyətlə, 2012-ci ildə 537,2 kilometr, o cümlədən 134,6 kilometr respublika əhəmiyyətli, 402,6 kilometr yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 25 körpü tikilmişdir. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometr hissəsi (Bayraq meydanına gedən yol), Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsi (29 kilometr), Qusar-Ləzə avtomobil yolu (39 kilometr) və bu yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü tikilərək, Saatlı-Musalı-Mərzəli avtomobil yolunda Araz çayı üzərindəki körpü (238,8 metr) yenidən qurularaq istismara verilmişdir.

Daxili investisiya hesabına 2012-ci ildə respublika əhəmiyyətli Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Bakı-Ələt yolunun 50-69-cu kilometr sahələrinin, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M-2 (336 kilometr)-Gəncə, Bəhramtəpə-Biləsuvar, Kürdəmir-İmişli, Bərdə-Tərtər avtomobil yollarının əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilmişdir.

Həyata keçirilən tədbirlər bununla yekunlaşmamış, yeni layihələr üzərində də iş aparılmışdır. Belə ki, “Yaraq Qazmalar” (Rusiya Federasiyası)-“Samur” (Azərbaycan Respublikası) sərhəd buraxılış məntəqəsində yerləşən “Samur” Baş Hidroqovşağındakı hidrotexniki qurğuların texniki vəziyyətinin yoxlanılması və sınaq işlərinin aparılması, habelə hidrotexniki qurğu üzərindəki avtomobil körpüsünün yenidən qurulması, Samur-Şirvanovka və Çuxuroba-Şirvanovka-Zuxuloba avtomobil yollarının əsaslı təmiri istiqamətində layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinə başlanılması üçün hazırlıq işləri görülmüşdür.

Yerli əhəmiyyətli yollara gəldikdə isə, Quba-Qəçrəş və M-2 (482 kilometr)-Salahlı-Aslanbəyli-Kəmərli yollarının əsaslı təmiri layihələri başa çatdırılmış, Xocasən-Lökbatan, Cəlilabad-Yardımlı, Qəbələ-Küsnət-Laza avtomobil yolunun yenidən qurulması, İsmayıllı-Lahıc, Şamaxı-Göylər çöl-Padar, Şəki-Qax-Zaqatala yolunun Şəki-Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilmişdir.

Həmçinin Gədəbəy-Qızıl torpaq-Qonaqlı yolunda Fındıqlı çayı üzərində körpünün yenidən qurulması, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 89-cu kilometrində yol ötürücüsünün tikintisi, Şəki-Kiş avtomobil yolunda Kiş çayı üzərində qəza vəziyyətində olan mövcud körpünün aşırım qurğusunun bərpası başa çatdırılmışdır.

Bakı şəhərində isə ötən il 94 kilometr avtomobil yolu, prospekt və küçə təmir olunmuş və 6 yeraltı piyada keçidi istismara verilmişdir. Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən Neftçilər prospektinin və Sabunçu körpüsündən Zabrat dairəsinədək yolun yenidən qurulması işləri başa çatdırılmışdır.

Beləliklə, Azərbaycanın hər bir yerində abadlıq və quruculuq işlərinin aparılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindəndir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən ölkənin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə olunur. Bütün bu işlər isə ölkə iqtisadiyyatına əlavə imkanlar yaradır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib