Fevralın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam yağıntılı olacağı, bəzi yerlərdə az qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 10-şaxtadan 20-dək isti, gündüz 2-5° isti təşkil edəcəkdir.
Bakıda gecə 00-20, gündüz 3-5° isti təşkil olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət 85-95 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 6-11°, gündüz 0° -5° şaxta təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11°, gündüz 0°-5° şaxta təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 6-11°, gündüz 1-6° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 1-3° , gündüz 3-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteohəssas insanlarda narahatlıq hissi yaradan tutqun və soyuq diskomfortlu hava şəraitinin davam etməsinə baxmayaraq əksər meteoroloji amillərin normal sutkalıq gedişini müsbət amil kimi qiymətləndirmək olar.