Fevralın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 10 şaxtadan 20-dək isti, gündüz 2°-5° isti təşkil edəcəkdir.
Bakıda gecə 10 şaxtadan 10-dək isti, gündüz 3°-5° isti təşkil olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7°-12°, gündüz 0° -5° şaxta təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0°-5° şaxta, gündüz 5°-10° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir, arabir intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 7°-12°, gündüz 0°-5° şaxta təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Yağıntılar intensiv olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3°-6° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Yağıntıların intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 0°-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 5°-10°, gündüz 0°-4° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 2°-6° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Yağıntıların intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 0°-4°, gündüz 4°-7° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti olacaqdır.
Fevralın sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcəkdir.