FHN: Bakıda mənzildə partlayış olub, xəsarət alan var - YENİLƏNİB
Bakı, 28 avqust, AZƏRTAC
Bakıda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bubarədə FHN məlumat yayıb. Bildirilib ki, operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Muqamov Teymur Musa oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə edilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
07:07
Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.
AZƏRTAC xəbər verirki, bu barədə Fövqəladə Hallar Naziliyinin Mətbuat xidməti məlumat yayıb. Hadisə Əli Vəliyev küçəsində qeydə alınıb. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.