FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı, 18 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıların ayrı-ayrı yerlərdə insensivləşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: “Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Bununla yanaşı, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Təhlükə zamanı 112-yə zəng edin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [17:10]
Sosial layihə: “Həmkardan həmkara qayğı ilə”
- 25.04.2025 [17:06]
Belarus Daxili İşlər Nazirliyin əməkdaşları ölkəmizdə səfərdə olublar
- 25.04.2025 [16:37]
AQTA-nın sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 25.04.2025 [16:13]
Karbon izini ölç, təbiəti qoru: “Ecotracker” mobil tətbiqi təqdim olundu
- 25.04.2025 [16:07]