FHN-in əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Bakı, 30 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin bir qrup əməkdaşı 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Regional Mərkəzin şəxsi heyəti kompleksin ərazisində ucaldılan abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.
Sonra ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan abidə-muzeyin ekspozisiyası ilə tanış olub, soyqırımı ilə bağlı qısametrajlı film izləyiblər.