FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 12 nəfər xilas olunub VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 90 halda yanğına çıxış, 10 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas edilməsi təmin olunub.
Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla 12 nəfəri, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 7 nəfəri və Ağsu rayonunun Qiyaslı kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfəri xilas ediblər.