FHN tərəfindən daha bir qanunsuz tikili sökülüb


Bakı, 13 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, Qəbələ Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən rayonun Zarağan kəndi ərazisində fiziki şəxs Habil Əli oğlu Əmrahov tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Qəbələ RİH-in nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [18:18]
QHT-lərin BMT-də təmsilçiliyi ilə bağlı növbəti təlim keçirilib
- 08.07.2025 [17:16]