CƏMİYYƏT
FHN: Xaçmazda baş vermiş yanğın söndürülüb VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xaçmaz rayonu, Sibiroba kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə massivinə yaxın ərazidə məişət tullantıları, qamışlıq və kol-kosun yandığı, alovun meşə ərazisinə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 500 m² sahədə məişət tullantıları, 3 hektar sahədə kol-kos və 7 hektar sahədə qamışlıq yanıb, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub.