FIFA dünya çempionu olan argentinalı futbolçulara qarşı intizam işi açıb
Bakı, 14 yanvar, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyasının (FIFA) İntizam Komitəsi Argentina Futbol Assosiasiyasına qarşı milli komandanın futbolçuları tərəfindən intizam kodeksinin pozulması ehtimalı ilə bağlı iş açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Argentina Futbol Assosiasiyasına qarşı iş FIFA-nın Nizam-İntizam Məcəlləsinin iki maddəsinin mümkün pozulmasına - aqressiv davranış və ədalətli oyun prinsiplərinin pozulması, eləcə də oyunçuların və rəsmilərin qanunsuz davranışlarına görə açılıb. Həmçinin Argentina Futbol Assosiasiyası Qətərdə keçirilən dünya çempionatında media və marketinq müddəalarına görə də cəzalandırıla bilər.
Xatırladaq ki, Argentina millisinin Qətərdə keçirilən dünya çempionatının finalında Fransa yığması üzərində qələbəsindən sonra futbolçular arasında mübahisə yaranıb. Oyundan sonra argentinalı hücumçu Lionel Messi və qapıçı Emiliano Martinez ispan hakim Mateu Laosun işini tənqid ediblər. Həmçinin argentinalı futbolçular ayrılmış zonada mətbuatın suallarına cavab verməyiblər. Turnirin ən yaxşı qapıçısı mükafatını qazanan argentinalı qapıçı Emiliano Martinez mərasim zamanı nalayiq hərəkət edib. Argentinalı futbolçular media mərkəzinin arakəsmələrini də zədələyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]