RƏSMİ XRONİKA
FİLİPPİN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM QLORİYA MAKAPAQAL ARROYOYA
Hörmətli xanım Prezident,
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Filippin münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 iyun 2009-cu il.