Filippində daşqınlar və torpaq sürüşmələri nəticəsində on nəfər ölüb
Bakı, 2 sentyabr, AZƏRTAC
Filippində qasırğanın səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı on nəfər ölüb.
AZƏRTAC “Barrons” saytına istinadla xəbər verir ki, ölkədə “Enteng” adlanan tropik qasırğa bu il Filippini vuran beşinci tayfundur.
Ölkənin hava bürosu yağıntının davam edəcəyini bildirib.
Qeyd edək ki, Filippini hər il orta hesabla 20 tayfun vurur. Arxipelaq güclü yağışlar, daşqınlar və küləklərə səbəb olan tropik siklonlara meyillidir. 2013-cü ildə “Haiyan” qasırğası 6300 nəfərin ölümü ilə nəticələnib və təqribən 12,9 milyard dollar dəyərində ziyana səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]