Filippində yeni koronavirusa yoluxanların ümumi sayı 600-ü ötüb
Tokio, 25 mart, AZƏRTAC
Filippində martın 25-də yayılan son məlumata əsasən, yeni koronavirusa yoluxanların sayı 636 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Philippine Star” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Buna qədər Filippində 501 nəfərin yeni virusa yoluxduğu və 33 nəfərin vəfat etdiyi bildirilirdi.
Filippin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son sutka ərzində COVID-19 virusuna daha 135 yoluxma halı qeydə alınıb. Vəfat edənlərin sayı isə 38 nəfərə çatıb. Eyni zamanda, bu xəstəliyə yoluxmuş 26 nəfər sağalaraq, xəstəxananı tərk edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]