Finlandiya ABŞ Prezidentinin səfəri ilə bağlı sərhəd nəzarətini gücləndirir
Bakı, 8 iyul, AZƏRTAC
Finlandiya Sərhəd Mühafizəsi ABŞ Prezidenti Cozef Baydenin səfəri ilə əlaqədar Şengen sərhədlərində nəzarəti gücləndirir.
AZƏRTAC STT informasiya agentliyi xəbər verir ki, daxili sərhəddə (Şengen ölkələri arasındakı sərhəd) müvəqqəti nəzarət şənbə günü başlayacaq və iyulun 15-də başa çatacaq. Finlandiya Prezidenti Sauli Niinistö Baydeni qəbul edəcək və iyulun 13-də Helsinkidə Şimal ölkələri-ABŞ sammiti keçiriləcək. Görüşdə ABŞ və Finlandiya prezidentləri ilə yanaşı, İsveç, Danimarka, Norveç və İslandiyanın baş nazirləri iştirak edəcək.
Analoji zirvə görüşü sonuncu dəfə yeddi il əvvəl - 2016-cı ildə Vaşinqtonda keçirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]