Finlandiya XİN rəhbəri: Qərb Ukraynaya qoşun göndərməyi tamamilə istisna etməməlidir
Bakı, 16 mart, AZƏRTAC
Qərb ölkələri, o cümlədən ABŞ münaqişənin kəskinləşəcəyi təqdirdə, Ukraynaya qoşun göndərilməsi ideyasına qarşı qəti şəkildə çıxmamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Politico” qəzetinə müsahibəsində deyib.
“Uzunmüddətli perspektivdə hər şeyi istisna etməməyimiz vacibdir, çünki vəziyyətin nə qədər ciddi olacağını heç vaxt bilmirik”, - deyə o, Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsindən danışarkən deyib.
Onun sözlərinə görə, indi Qərbin Ukraynaya yardımını davam etdirməsi zəruridir.
Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin vurğulayıb ki, Amerika Konqresində Ukraynaya yardım paketi ilə bağlı problemlərə görə Vaşinqtonun dünya miqyasında reputasiyası təhlükə altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]