Finlandiyanın kömürlə işləyən sonuncu istilik elektrik stansiyası bağlanır
Bakı, 1 aprel, AZƏRTAC
Finlandiyanın kömürlə işləyən sonuncu istilik elektrik stansiyası çərşənbə axşamı günü tamamilə bağlanacaq və Helsinkidə yerləşən enerji qrupu “Helen”ə emissiyaları azaltmağa və müştərilər üçün artan elektrik qiymətlərinə son qoymağa imkan verəcək.
AZƏRTAC xəbər verir ki, “Helen” şirkətinin baş direktoru Olli Sirkkanın sözlərinə görə, Finlandiyada son bir neçə ildə külək və günəş enerjisi kimi bərpaolunan elektrik enerjisi ilə istilik istehsal gücü kəskin şəkildə artıb ki, bu da əvvəlki hökumətin 2019-cu ildə 2029-cu ildən kömürə qadağa qoyan qanunu qəbul etməsindən sonra ondan istifadənin kəskin azalmasına gətirib çıxarır.
Olli Sirkka “Reuters”ə bildirib; “Təbii ki, Finlandiyada bir qram da kömür yandırılmayacağını deyə bilmərik, çünki böhran vəziyyətləri üçün müxtəlif həllər var, lakin bu, Finlandiyada gündəlik istifadədə olan son kömür istilik elektrik stansiyasıdır”.
Şirkətdən bildiriblər ki, dayandırılan Salmisaari elektrik stansiyasında illik 175 MVt elektrik enerjisi ilə 300 MVt istilik istehsalını əvəz etmək üçün “Helen” elektrik enerjisi, tullantı istilik və istilik nasoslarından istifadə edərək qranulları, ağac yongalarını yandıracaqlar.
Sirkka bildirib: “Uzun müddətdə yanmağı tamamilə aradan qaldırmaq niyyətindəyik. Şirkət 2030-cu ilə qədər emissiyaları 1990-cı il səviyyəsinin 5 faizinə endirməyi və 2040-cı ilə qədər yanmağı tamamilə aradan qaldırmağı hədəfləyir”.
Finlandiya elektrik enerjisinin ucuzluğuna görə Avropada İsveç və Norveçdən sonra üçüncü yerdədir. “Helen” bu il öz müştəriləri üçün mərkəzi istilik sisteminin ümumi qiymətini orta hesabla 5,8 faiz azalacağını ehtimal edir.
Kömürlə işləyən istilik elektrik stansiyasının bağlanması “Helen”ə karbon qazı emissiyalarını keçən illə müqayisədə 50 faiz, Finlandiyada isə demək olar ki, 2 faiz azaltmağa imkan verəcək.