Fiziki şəxsin muzdlu işlə bağlı gəliri nə zaman vergidən azaddır?
Bakı, 4 sentyabr, AZƏRTAC
Vergiödəyicisi olan fiziki şəxsin muzdlu işlə bağlı əldə etdiyi gəliri nə zaman vergidən azaddır?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda isə 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinin 98.3-cü maddəsinin müddəalarına əsasən faktiki ezamiyyə xərclərinin ödənilməsi muzdlu gəlirə daxil deyildir.
Qeyd olunub ki, ezamiyyə haqqından başqa, işəgötürən tərəfindən fiziki şəxsə ödənilən kirayə haqqı məbləği ilə birlikdə aylıq əməkhaqqı 2500 manatdan artıqdırsa, bu zaman Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə 200 manat vergi azadolması tətbiq edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]