Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fond sədri: Təhsil işçilərinə dəstək məqsədilə “TəhsilPlus” kartı istifadəyə veriləcək - MÜSAHİBƏ

Fond sədri: Təhsil işçilərinə dəstək məqsədilə “TəhsilPlus” kartı istifadəyə veriləcək -  MÜSAHİBƏ

Bakı, 22 yanvar, AZƏRTAC

Təhsil yalnız biliklərin ötürüldüyü bir sahə deyil, o, həm də sosial dəyişikliklərə yol açan əsas qüvvədir. Azərbaycanda Təhsilin İnkişafı Fondu bu missiyanı öz üzərinə götürərək gənclərin potensialını artırmaq, regionlarda təhsilə əlçatanlığı genişləndirmək və dövlət-özəl tərəfdaşlığını gücləndirmək üçün cəsarətli addımlar atır. Fondun sədri Elnur Nəsibov AZƏRTAC-a müsahibəsində “TələbəPlus” kimi innovativ proqramlardan, regionların və işğaldan azad edilmiş ərazilərin təhsil perspektivlərindən, eləcə də təhsil sisteminin gələcəyindən danışıb. Onunla müsahibəni təqdim edirik.

-Elnur müəllim, Təhsilin İnkişafı Fondunun missiyası nədir?

-Təhsilin İnkişafı Fondu 2021-ci ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb. Fond 2022-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayıb. Fondun əsas missiyası Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi və dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdan ibarətdir. Məqsədlərimiz təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin hazırlanmasına dəstək olmaq, təhsil və iqtisadiyyat arasında inteqrasiyanın gücləndirilməsinə töhfə vermək və təhsilin inkişafı üzrə mexanizmlərin hazırlanması və icrasında iştirak etməkdir.

-Azərbaycan təhsilinin inkişafında hansı problemləri həll etməyə çalışırsınız?

-Fond Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Təhsilin İnkişafı Fondunun fəaliyyət planları nazirliyin prioritet və planlarına uyğun hazırlanır və təsdiq edilir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nın 3-cü fəslində “Fəaliyyət istiqaməti: Ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi” bölümündə insan kapitalının inkişafına dəstəyin artması qeyd olunur. Fond olaraq bu sosial-iqtisadi inkişaf strategiyasına uyğun öz fəaliyyətlərimizi formalaşdırırıq. Təhsil çox geniş və vacib sahədir. 400 mindən artıq təhsil işçisi varsa, təhsilalanların sayı daha çoxdur.

-2024-cü il ərzində Fondun həyata keçirdiyi layihələr və təşəbbüslər haqqında qısaca məlumat verə bilərsinizmi?

-Ötən il Fondumuz üçün çox səmərəli il oldu. Təhsil sahəsində keyfiyyət, məzmun, infrastruktur ilə bağlı bir sıra mühüm layihələr həyata keçirdik. “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı, “Parla” təqaüd və inkişaf proqramı, “Zərif mühəndislər” təqaüd proqramı, “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı, “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı” kimi layihələrimiz qızların təhsili ilə bağlıdır. Ötən il ərzində təqaüd proqramlarımıza 7518 nəfər müraciət edib. Onlardan 448 nəfər qalib olaraq proqramlardan faydalanıb. Hazırda Fond olaraq 361 nəfərə aylıq olaraq 200 manat məbləğində təqaüd verilir.

2024-cü ilin oktyabr ayında Təhsilin İnkişafı Forumu keçirildi. Forumda 3 paneldə 364 yerli və beynəlxalq iştirakçılar yer aldı. Artıq ikinci təşkil olunan bu forum hər il davamlı olaraq tərəfimizdən keçiriləcək.

4 ali təhsil müəssisəsində - Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Sumqayıt Dövlət Universitetində (SDU) Davamlı İnkişaf Mərkəzləri yaradılıb.

Bundan əlavə, Təhsilin İnkişafı Fondu (TİF) özəl sektorla əməkdaşlıq və fonda ianələr çərçivəsində 7 məktəb binasının tikintisi ilə məşğuldur. Beş məktəb Bakıda, bir məktəb Kürdəmirdə və bir məktəb Qubadlıda inşa olunacaq. Bu məktəblərin bir çoxunun tikintisinə başlanılıb, bəzilərində isə sənədləşmə işləri aparılır. Təxminən 2026-cı ildə əksər məktəblərin tikintisinin başa çatdırılması planlaşdırılır.

-Uğurla başa çatdırdığınız hansı layihə ilə xüsusi olaraq qürur duyursunuz?

-TİF publik hüquqi şəxsdir. Bu layihələr davamlı həyata keçirildiyi üçün onları proqram adlandırırıq. Proqramlarımızın hər biri ilə qürur duyuram. Çünki onların hər biri təhsil sahəsinin ehtiyaclarına əsaslanır. Onlardan biri IELTS imtahanına təşviqlə bağlı layihədir. Bu günə qədər bu proqramdan ümumilikdə 511 nəfər olmaqla 31 müəllim, 480 tələbə faydalanıb. İştirakçılar imtahanda 6.5 baldan yuxarı topladıqları təqdirdə onların IELTS ödənişləri Fond tərəfindən qarşılanır.

Lakin ən əhatəli, ən populyar proqramımız son bir neçə aydır başladığımız “TələbəPlus” kartı proqramıdır. Proqramın cari ildə 190 min tələbəni əhatə etməsi planlaşdırılır. Növbəti illərdə bu sayın 250 minə çatdırılması nəzərdə tutulur. Bu layihə tələbələrin sosial, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm addımdır. Burada bu günə qədər 300-dən çox şirkətlə (kafe, restoran, sağlamlıq mərkəzləri, özəl xəstəxanalar, kinoteatrlar və s.) əməkdaşlıq edilir.

Həmçinin, TİF olaraq dövlət-özəl tərəfdaşlığı ilə təcrübə proqramlarının tələbələrini böyük şirkətlərə göndəririk. O tələbələrdən bir neçəsi həmin şirkətlərdə işlə təmin olunublar.

-“TələbəPlus” kartı proqramından özəl ali təhsil müəssisələrinin tələbələri yararlana bilərlər?

-Bəli. Proqram çərçivəsində özəl ali təhsil müəssisələri arasından ilk olaraq Bakı Avrasiya Universiteti ilə müqavilə imzaladıq. Universitetin 4 mindən artıq tələbəsi bu imkandan istifadə edəcək. Ümumilikdə 23 universitetlə müqavilə imzalanıb. Bu ali təhsil müəssisələri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan şəhərlərində yerləşir.

-Beynəlxalq təcrübədən istifadə edirsinizmi?

-Həyata keçirdiyimiz layihə və proqramların bir çoxu xarici ölkələrdə tətbiq olunur. Məsələn, “TələbəPlus” kartı proqramı Türkiyə, Avropa ölkələrində həyata keçirilir. IELTS proqramının da məqsədi xaricdə təhsilin təşviq olunması, tələbə və müəllimlərimizin beynəlxalq təcrübə əldə etməsi, tədqiqat proqramlarında iştiraka dəstək olmaqdır.

-Təhsil sahəsində müəllimlərin rolu böyükdür. Fondun müəllimlərin peşəkar inkişafına dəstək proqramları həyata keçirməsi nəzərdə tutulurmu?

-Elm və Təhsil Nazirliyi təhsil sahəsində siyasətin hazırlanması və icrasına nəzarət edir. Nazirliyin tabeliyində Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) fəaliyyət göstərir. Onlar bizə bəzən müəyyən ehtiyaclarla bağlı müraciət edirlər. Məsələn, EATDA gənc tədqiqatçıların ingilis dili bacarıqlarının artırılması ilə bağlı bizə təkliflərini verib. Biz həm tədqiqat, həm də ingilis dili bacarıqları ilə bağlı 2025-ci ildə gənc tədqiqatçılarımız üçün təlimlərin təşkilini planlaşdırırıq. Sosial-iqtisadi strategiyada iki tədqiqat universitetinin yaradılması nəzərdə tutulur. Fikrimcə, ali təhsil müəssisələrimizin dünya reytinqlərində yerlərinin daha da yüksək olmasında tədqiqatçıların rolu əvəzsizdir.

-Regionları əhatə edən layihələriniz barədə ətraflı məlumat verə bilərsinizmi?

-Layihələrimiz paytaxt və regionlarda eyni səviyyədə həyata keçirilir. Həm IELTS proqramı, həm “TələbəPlus” kartı proqramı bu sıradadır. Həyata keçirdiyimiz ən böyük proqramlar qızların təhsilinə dəstəklə bağlıdır. Bu proqramlarda regiondan olan qızlarımızın təhsil almasına dəstək göstərilir. Hazırda təqaüd alan 361 qızın hamısı müxtəlif regionlardandır.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Məktəblərə kitab ianəsi” layihəmiz var. 2023-cü ildə 4800, 2024-cü ildə isə 5000 kitab layihə çərçivəsində Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Quba-Xaçmaz, Qazax-Tovuz, Qarabağ-Şərqi Zəngəzur, Şirvan-Salyan, Şəki-Zaqatala regionlarında yerləşən məktəblərə təqdim edilib. Bundan əlavə, Sumqayıt Dövlət Universitetində Davamlı İnkişaf Mərkəzi açmışıq. Kürdəmirdə Fond tərəfindən 264 şagird yerlik məktəb binasının tikilməsi davam edir, Qubadlıda inşa ediləcək məktəbin isə layihə sənədləri hazırlanmaqdadır.

-İşğaldan azad olunan ərazilərə təhsilin qayıtması üçün Fond tərəfindən hansı addımlar atılır?

-Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Qarabağ Universiteti yaradıldı və Elm və Təhsil Nazirliyi universitetin qısa müddətdə fəaliyyətə başlaması üçün bütün tədbirləri gördü. Bu, böyük hazırlıq işləri tələb edirdi. 2024-2025-ci təhsil ilinin əvvəlində universitet tələbələrə öz qapılarını açdı. Universitet açılmazdan əvvəl Xankəndiyə səfər etdik. Universitetin kitabxanasının zənginləşdirilməsi üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif kitablar ianələri etdik.

Bundan əlavə, dövlətimiz Qarabağ Universitetinin və işğaldan azad olunan ərazilərdəki təhsil müəssisələrinin ən yüksək standartlarla tikilməsi və təmin olunmasını həyata keçirir. Oraya insanlar qayıtdıqca, təhsil müəssisələrimizin sayı artdıqca, Bakı və regionlarda həyata keçirdiyimiz layihələri işğaldan azad olunmuş ərazilərdə də həyata keçirməyi planlaşdırırıq.

-2025-ci ildə Təhsilin İnkişafı Fondu nə ilə yadda qalmağı planlaşdırır?

-Fond öz fəaliyyət və proqramlarının hazırlanması və icrasında təhsil sisteminin ehtiyaclarını nəzərə alır. Bu il də təcrübə və təqaüd proqramlarımızı davam etdirəcəyik. Dövlət-özəl tərəfdaşlığı layihələrimizin sayını artırmağı düşünürük. Xarici tələbələrin Azərbaycan ali təhsil müəssisələrində təhsil alması üçün “Study in Azerbaijan” layihəmiz var, “SABAH.HUB” şirkəti ilə birlikdə tələbə yataqxanaları ilə bağlı layihəmiz olacaq. Eyni zamanda, təhsil müəssisələrinin fəaliyyətinin dəstəklənməsinə davam edəcəyik, tələbələr üçün müsabiqə və tədbirlər həyata keçiriləcək. Bu il “TələbəPlus” kartı proqramının əhatə dairəsini genişləndirməyi planlaşdırırıq. Bununla yanaşı, təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramının hazırlanmasını nəzərdə tuturuq. Bu proqramdan müəllimlər, idarəedici heyət, direktor və direktor müavinləri, ümumiyyətlə, təhsil sahəsində çalışan hər kəs faydalana biləcək.

-Sizin üçün təhsilin inkişafı nə deməkdir? Təhsil bir ölkənin gələcəyini necə formalaşdırır?

-Fikrimcə, “Təhsil ölkənin gələcəyidir” dedikdə əsas fokus insanlaradır. Ölkəmizin gələcəyi gənclərimizin gələcək üçün hazırlığı və inkişafı ilə bağlıdır. Hər kəs təhsilin vacibliyindən danışır. Təhsil nə üçün önəmlidir? Təhsil insanın sosial vəziyyətindən asılı olmayaraq sosial lift rolunu oynayır. Bu gün ucqar kənddə yaşayan, müəyyən xidmətlərdən uzaq olan şəxs sabah keyfiyyətli təhsil vasitəsilə özünü inkişaf etdirir, yüksək vəzifələrə gəlib çıxa bilir.

-Öz təhsilinizdən və bu sahəyə gəldiyiniz yoldan bəhs edə bilərsinizmi?

-1999-cu ildə Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq münasibətlər üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi almışam. 2003-2006-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura təhsilimi bitirmişəm. 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışam. 16 il ali təhsil müəssisələrində pedaqoji təcrübəm var. BDU, Xəzər Universiteti, Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər nəzəriyyəsi fənnini tədris etmişəm. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarda müxtəlif vəzifələrdə çalışmışam. Tələbələrlə ünsiyyətdə olmuşam, gənclərin fikirləri, onların inkişaf etmək arzusu mənə tanışdır. Bu sahəyə müəyyən qədər töhfə vermişəm. Təhsil həmişə mənim üçün maraqlı olub.

2020-ci ildə sabiq təhsil naziri Ceyhun Bayramov tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru müavini vəzifəsinə təyin olunmuşam. Peşə təhsili müəssisələrinin fəaliyyəti, peşə təhsilinin önəmi, vacibliyi ilə bağlı o zaman xeyli işlər görülürdü və indi də davam etməkdədir. Bu gün peşə təhsili gənclər arasında getdikcə daha çox populyarlaşıb. 2020-ci il iyulun 28-də təhsil naziri Emin Əmrullayevin müşaviri təyin olundum. Bu gün təhsil sahəsində uzun müddətə hesablanmış mühüm islahatlar aparılır. Müəllimlərin işə qəbulu müsabiqəsi, direktorların işə qəbulu müsabiqəsi, müəllimlərin sertifikatlaşdırılması, onların əməkhaqlarının artırılması vacib proseslərdir. Təhsil infrastrukturunun yenilənməsi, təhsil müəssisələrinin təmiri və tikintisi üzrə böyük işlər həyata keçirilir.

-Gənclərə, xüsusilə təhsil sahəsində uğur qazanmaq istəyənlərə hansı tövsiyələri vermək istərdiniz?

-Əsas tövsiyəm odur ki, qarşılarına qısa və uzun müddətli hədəflər qoysunlar. Bilik və bacarıqlarının mövcud vəziyyəti gəncləri qane etməməlidir. Əgər inkişaf etmək üçün nəyisə dəyişmək istəyiriksə, planımız olmalıdır. Plan istiqamətində gecə-gündüz yorulmadan oxumaq, səy göstərmək lazımdır. Eyni zamanda, xarici dil bilikləri çox vacibdir. Bəzən olur ki, nəzəri biliklərə malik, savadlı tələbə olur, lakin yumşaq bacarıqlarını inkişaf etdirmir. Ünsiyyət, əlaqə qurmaq, liderlik, özü-özünün nizam-intizamını tənzimləmək kimi bacarıqları inkişaf etdirmək lazımdır. Bu hədəflərlə yanaşı, plan olmalıdır. O plana uyğun hərəkət etmək və səbirli davranmaq lazımdır. Məsələn, mən ötən əsrin 90-cı illərinin sonunda bir dəfə IELTS imtahanında lazım olan balı toplaya bilmədim və ikinci dəfə şansımı sınayaraq yüksək bal yığdım. Ruhdan düşmək olmaz. Uğursuzluq motivasiya etməlidir, “Bu dəfə nəyisə düz etmədim, növbəti dəfə bunu daha yaxşı edərəm”. Gənclərə öz təhsil və peşəkar həyatında uğurlar arzu edirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb