Formula 1 Azərbaycan Qran Prisinin könüllüləri üçün məkan üzrə təlim təşkil olunub
Bakı, 23 aprel, Həsrət Mahmudova, AZƏRTAC
Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) könüllüləri üçün məkan üzrə təlim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Bakı Biznes Mərkəzində baş tutan təlimdə məkanlar üzrə fəaliyyəti düzgün şəkildə həyata keçirmək üçün davranış və təhlükəsizlik qaydaları istiqamətində məlumatlar təqdim olunub.
Aprel 24-dək davam edəcək təlimdə ümumilikdə 1000-ə yaxın könüllü iştirak edəcək.
Könüllülər üçün nəzərdə tutulmuş nəzəri və praktiki təlimlər çərçivəsində daha öncə ümumi və rol üzrə təlimlər də təşkil edilmişdir. Hər bir könüllü qrupunun öz məkanlarına uyğun iş cədvəlləri və fəaliyyət planı hazırlanaraq, könüllülərə təqdim olunmuşdur.
Ötən illərdə olduğu kimi, BŞH Akademiyasının könüllüləri bu il də bütün əməliyyatlara cəlb olunaraq, ciddi təlim proqramından keçiblər. Təlimlərin keçirilməsində əsas məqsəd yarışların təşkili istiqamətində vacib bilik və bacarıqların aşılanması, həmçinin öz fəaliyyətləri çərçivəsində çevikliyin və peşəkarlığın möhkəmləndirilməsidir.
Qeyd edək ki, aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə 1500 könüllü cəlb olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]