“FORMULA–1” YARIŞLARININ REKLAM XARAKTERLİ AVTOMOBİLİ BAKIDA İLK DƏFƏ NÜMAYİŞ ETDİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbiri “Formula-1” yarışlarının Bakıdakı həvəskarları klubu təşkil etmişdir. Klub on ildən artıqdır ki, fəaliyyət göstərir və 1999-cu ildə rəsmən qeydiyyatdan keçmişdir. Avtomobilin təqdimat mərasimində çıxış edən klubun üzvləri dedilər ki, ”Formula-1” yarışları bolidinin Uilyams- BMV (İngiltərə-Almaniya) komandası tərəfindən Azərbaycana gətirilməsi reklam xarakteri daşıyır və məsələni həll etmək üçün bir aydan çox danışıqlar aparılmışdır. Bolidin köhnə nümunə olduğu, lakin 1997-ci ildə bu maşın növündə Kanada idmançısının dünya çempionu adını qazanması tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Tədbirin məqsədi idmanın texniki növlərinin Azərbaycanda yenidən geniş yayılmasına təkan verməkdir. Qardaş Türkiyədə 2005-ci ildə “Formula-1” yarışlarının keçiriləcəyi xəbəri tədbirin iştirakçılarında böyük maraq doğurdu. Sonda geniş ekranda Macarıstandan canlı yayımla “Formula-1” yarışlarına baxış oldu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]