Fort-Loderdeyldə kiçik təyyarə yaşayış binasına çırpılıb
Vaşinqton, 2 mart, AZƏRTAC
Cümə günü Florida ştatının Fort-Loderdeyl şəhərində kiçik təyyarə yaşayış binasına çırpılıb. Şəhərin yanğınsöndürmə xidməti nümayəndələrinin məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub.
AZƏRTAC xəbər verir ki, Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, bu, içərisində yalnız pilot üçün yer nəzərdə tutulan “Piper PA-25” markalı birmotorlu təyyarə olub. Bildirilir ki, şəxsiyyəti hələ müəyyən edilməmiş pilotdan başqa təyyarədə heç kəs olmayıb.
Təyyarə binanın 16-cı və 17-ci mərtəbələri arasında mənzilə çırpılıb, sonra isə binanın giriş qapısı yanındakı hovuzun beton döşənmiş sahəyə düşüb. Fort-Loderdeyl şəhərinin yanğınsöndürmə xidməti nümayəndələrinin məlumatına görə, evin sakinləri sağ-salamat təxliyə edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]