Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə qanunsuz tikintinin qarşısını alıb
Bakı, 12 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir şəhərinin Gəncə şosesi, 4-cü döngə ünvanında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.
Həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.