Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Şəmkir rayonunun Abbaslı kəndi ərazisində vətəndaş tərəfindən müvafiq icazəverici sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyənləşdirilib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.
Bundan başqa, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müvafiq icazəverici sənədləri olmadan inşa edilən tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.