FRANSA KOSOVOYA ƏLAVƏ HƏRBİ QÜVVƏ GÖNDƏRİR
AzərTac-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, son bir neçə gündə Kosovoda serblərlə albanlar arasında 31 nəfərin ölümü ilə nəticələnən və yenidən alovlanmaqda olan qarşıdurmanın qarşısını almaq məqsədilə Fransa dövləti oraya əlavə 400 nəfər əsgər göndərməyi qərara almışdır. Bu barədə ölkənin Prezidenti Jak Şirak həmkarı Serb-Monteneqronun prezidenti Svetozar Moroviclə telefon danışığı zamanı bildirmişdir.
Artıq 200 əsgər təyyarə ilə Kosovoya yola salınmış, digər 200 əsgərin isə yaxın günlərdə göndəriləcəyi gözlənilir.
Hazırda Kosovodakı BMT-nin sülhməramlı qüvvələrinin tərkibində 2900-dən artıq fransız əsgəri vardır. Yayda Kosovoda yerləşdirilmiş beynəlmiləl hərbi qüvvələrə Fransa komandanlıq edəcəkdir.
Xatırladaq ki, Amerika, İngiltərə, Almaniya və İtaliya dövlətləri də Kosovonun münaqişə zonasındakı hərbi kontingentlərinin sayını artırmaq barədə ümumi razılığa gəlmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]