Fransa portalları Azərbaycanda elektron vizanın 3 saata verilməsindən yazır
Paris, 4 sentyabr, AZƏRTAC
Fransanın turizm üzrə ixtisaslaşmış Routard.com və Tourmag.com portalları Azərbaycanda elektron vizanın üç saata verilməsindən bəhs edən məlumatlar yayıb.
Məlumatlarda “ASAN viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı tədbirlərdən söhbət açılır. Prezident İlham Əliyevin 2017-ci il iyunun 21-də imzaladığı Fərmana əsasən elektron vizanın 3 saat ərzində verilməsinin üstünlüklərindən bəhs olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris