Fransa senatoru Azərbaycan ilə Ermənistan arasında imzalanan Birgə Bəyannaməni yüksək qiymətləndirib
Bakı, 9 avqust, AZƏRTAC
Fransa Senatının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan tarixi Birgə Bəyannaməni yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, senator sosial şəbəkə hesabında üçtərəfli görüşlə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Azərbaycan və Ermənistan liderlərinin imzası ilə yazılan bu tarixi səhifə regionda yeni dövrün başlanğıcıdır. “Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə yazdığı tarixi səhifədən olduqca məmnunam. Əgər Fransa siyasətçilərinin 99,99 faizi kor-koranə şəkildə erməni lobbisini izləməsəydi, Fransa sülh prosesində instrumental rol oynaya bilərdi. Təəssüf ki, Fransa kəskin balanssız mövqe sərgilədi və indi prosesin kənarında qaldı. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləri bərpa edəcək. Tarixin doğru tərəfində olduğum üçün qürur duyuram”, - deyə Natali Qule vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]