Fransa XİN-in əməkdaşları pensiya islahatlarına qarşı ümumi tətillərə qoşulacaqlar
Paris, 13 yanvar, AZƏRTAC
Fransada həmkarlar ittifaqlarının yanvarın 19-da pensiya islahatlarına qarşı etiraz nümayişinə çağırışı ölkədə həyatın tam iflic vəziyyətə düşməsi qorxusu yaradır.
İlk dəfə olaraq Fransanın Avropa və Xarici İşlər Nazirliyinin əməkdaşları da pensiya islahatlarına etirazlarını bildirmək üçün ümumi etiraz tətilinə qatılacaqlar.
AZƏRTAC xəbər verir ki, Fransada hökumətin təqdim etdiyi pensiya islahatı layihəsi ölkədə böyük etirazla qarşılanıb. Bütün sahələrdə həmkarlar ittifaqı yanvarın 19-da nümayiş üçün səfərbər olmağa çağırılıb. Həmin gün dəmir yolları şirkətinin (SNCF), neft emalı zavodlarının əməkdaşları, eləcə də dövlət qulluqçuları və müəllimlər səfərbər olunacaq. Həmçinin Ümumi Əmək Konfederasiyası (CGT) neft sektorunda ilkin olaraq 24 saatlıq, yanvarın 26-da 48 saatlıq, fevralın 6-da isə 72 saatlıq tətillər planlaşdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [22:18]
Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib
- 17.06.2026 [20:53]
ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq
- 17.06.2026 [20:06]
Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir
- 17.06.2026 [19:27]