Fransalı futbolçu: Komandamız Azərbaycan millisindən güclü olsa da, sürpriz nəticə qeydə alına bilər
Bakı, 10 oktyabr, AZƏRTAC
Oyun asan olmayacaq, Fransa yığması çox güclüdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Qəbələ” və “Neftçi” komandalarında çıxış etmiş futbolçu Baqali Dabo DÇ-2026-nın seçmə mərhələsində bu gün keçiriləcək Fransa-Azərbaycan oyunu ilə bağlı danışarkən deyib.
Fransalı hücumçu dünya futbolunda bu cür matçlarda dəfələrlə sürpriz nəticələrin qeydə alındığını bildirib: “Futbol 90 dəqiqədən ibarətdir. Hakimin final fitinə kimi hər şey mümkündür. Hazırda Azərbaycan millisində Ayxan Abbasov işləyir. Mən onu “Zirə”dəki uğurlu nəticələrindən xatırlayıram. Bu mütəxəssisin komandasına qarşı oynamaq heç də asan deyildi. Kiçik büdcə ilə yaxşı kollektiv formalaşdırmışdı. Azərbaycan millisi üçün yerli məşqi seçimi düzgün addımdır. Yığmaya fayda dəyə bilər”.
Qeyd edək ki, “Park de Prens” stadionunda keçiriləcək Fransa-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]