İDMAN
Futvole üzrə “Qızmar Bakı qumu” turnirinə yekun vurulub
Bakı, 31 iyul, AZƏRTAC
Bakı Su İdmanı Sarayında futvole üzrə “Qızmar Bakı qumu” adlı turnirə yekun vurulub.
İyulun 30-da Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkil etdiyi turnirdə beş kişi və iki qadın (müsabiqədənkənar) komandası iştirak edib. Yarışda idmançılar dairəvi sistem üzrə mübarizə aparıblar.
AFNA-dan AZƏRTAC-a bildiriblər ki, bir gün davam edən turnirdə dörd oyunun hamısında qalib gələrək aktivinə səkkiz xal yazdıran Feyyar Hüseynov və Namiq İsgəndərov cütlüyü turnirin birincisi olub. Mükafatlandırma mərasimində iştirak edən AFNA-nın prezidenti Vüqar Xəlilov idmançıları qələbə münasibətilə təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, “Qızmar Bakı qumu” turniri avqustun 5-6-da paytaxtımızda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyıb.