Futzal üzrə Azərbaycan millisi reytinq siyahısında irəliləyib
Bakı, 15 fevral, AZƏRTAC
Futzal üzrə Avropa çempionatının final mərhələsinə yekun vurulduqdan sonra milli komandaların reytinq siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıda 158 komanda yer alıb.
Futzal üzrə Azərbaycan millisi cədvəldə bir pillə irəliləyib. Tino Peresin yetirmələri 1395 xalla 11-ci pillədə qərarlaşıb. Yığma komandanın irəliləməsinə üçüncü yer uğrunda görüşdə Qazaxıstana 2:5 hesabı ilə məğlub olan Serbiyanın geriləməsi səbəb olub. Məhz bu matçdan sonra millimiz Balkan təmsilçisini üstələyib.
Dünya çempionatının play-off mərhələsində komandamızın rəqibi olan Hollandiya isə 1237 xalla reytinqdə 23-cü pillədir. Hollandiya yığması son günlərdə bir pillə geriləyərək Avstraliyanı da önə buraxıb.
Qeyd edək ki, siyahıya yeddinci dəfə Avropa çempionu titulunu qazanan İspaniya millisi başçılıq edir - 1948 xal.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]