GDU-da “Səməni” festivalı keçirilib



Gəncə, 19 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələri özündə əks etdirən bayram xonçaları nümayiş olunub. Tələbələrin maraqlı əl işləri, səmənilər, Şuşa və Xarıbülbül simvolu, eləcə də qədim əşyaların nümayişi festivalı daha da maraqlı edib.
Universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirilib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir. Gəncə Dövlət Universitetində təşkil edilən “Səməni” festivalı da milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və yeni nəsillərə ötürmək məqsədi daşıyır.
Novruz personajları olan Keçəl və Kosanın əyləncəli tamaşaları, konsert proqramı hər kəsə xoş ovqat bəxş edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [21:26]
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 25.04.2025 [18:36]
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb
- 25.04.2025 [18:14]
GDU-da tədbir: “Qan donorluğu, donor seçimi kriteriyaları”
- 25.04.2025 [17:53]