Gədəbəy rayonuna diametri 6 millimetr olan dolu düşüb
Bakı, 1 iyun, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, saat 15:12-də Gədəbəy rayonuna qısamüddətli, diametri 6 millimetr olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29°, Naxçıvanda 23-27°, Aran rayonlarında 28-31° isti, dağlıq rayonlarda 23°, yüksək dağlıq ərazilərdə 12°-dək isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]