Gələn həftədən Türkiyədə hər gün 20 min nəfər koronavirus testindən keçiriləcək
İstanbul, 30 mart, AZƏRTAC
Türkiyənin İstanbul və Ankara şəhərlərində iki yeni diaqnostika mərkəzinin istifadəyə verilməsi ilə gələn həftədən etibarən ölkədə hər gün 20 min nəfərin koronavirus testindən keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, görülən bir çox qabaqlayıcı tədbirlərə baxmayaraq, Türkiyədə ilk koronavirusa yoluxma faktı martın 11-də qeydə alınıb və yoluxmuş insanların sayı hər gün artır. İndiyədək ölkədə 65 min 446 nəfər müayinə edilib. Hazırda ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 9 min 217 nəfədir ki, onların da 105-i müalicə olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]