Gənc aksiya iştirakçısı: Biz ölkəmizin təbii sərvətlərinin toxunulmazlığı üçün buradayıq
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Biz ölkəmizin təbii sərvətlərinin toxunulmazlığı üçün buradayıq. Azərbaycan gəncləri hər zaman öz dövlətinin yanındadırlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Pünhan Məhərrəmzadə söyləyib.
O qeyd edib ki, Laçın yolu humanitar məqsədlər üçün hər zaman açıqdır. Lakin Ermənistan hər zaman bu yolla qanunsuz fəaliyyətlər həyata keçirib, ərazilərimizdə olan təbii sərvətləri talayıb. Ona görə də Azərbaycan vətəndaşı olaraq bu cür qanunsuzluqlara öz haqlı etirazımızı bildiririk.
P.Məhərrəmzadə bildirib ki, aksiya iştirakçıları öz tələblərində qətidirlər.