Gənc alim və mütəxəssislər üçün yay düşərgəsi təşkil olunacaq
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 25-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində gənc alim və mütəxəssislər üçün yay düşərgəsi start götürəcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, düşərgə müddətində gənclərin xoş istirahəti təşkil ediləcək, müxtəlif təlimlər, seminarlar, idman və intellektual-əyləncəli yarışlar, müsabiqələr keçiriləcək.
Düşərgənin təşkilində başlıca məqsəd Azərbaycanın gənc elm adamlarının bir-biri ilə ünsiyyətini təşkil etmək, gələcəkdə həyata keçiriləcək elmi işlərin və layihələrin icrasında gənc alim və mütəxəssislərin fikir mübadiləsi aparmasına şərait yaratmaqdır. Düşərgə avqustun 31-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]