Gəncə Dövlət Filarmoniyası yeni orkestrini təqdim etməyə hazırlaşır
Bakı, 15 mart, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tezliklə yeni orkestrini təqdim edəcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, orkestrin fəaliyyəti Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox mühüm rol oynayacaq.
Kollektivin adı aprelin 28-də Gəncədə ilk dəfə keçiriləcək konsertdə açıqlanacaq.
Yeni yaradılacaq orkestrin Azərbaycanı qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:32]
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq
- 14.10.2026 [12:23]