Gəncə Dövlət Milli Dram Teatrı “Trabzon Beynəlxalq Teatr festival”ında iştirak edir
Gəncə, 23 aprel, Elcan Məmmədov, AZƏRTAC
Türkiyədə Trabzon Böyük şəhər bələdiyyəsinin təşkilatçılığı ilə “Trabzon Beynəlxalq Teatr festival”ı keçirilir. 18 aprel – 4 may tarixlərində keçirilən festivalda Gürcüstan, Özbəkistan və Azərbaycan da iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Azərbaycanı Gəncə Dövlət Milli Dram Teatrı Ə.Nesinin “Toros canavarı” tamaşası ilə təmsil edir. Tamaşanın quruluşçu rejissoru İstanbul Maltəpə Bələdiyyə Teatrının bədii rəhbəri Kubilay Erdelikara, quruluşçu rəssamı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayevdir. Əsas rolları əməkdar artistlər Elxan Abbasov, Sevda Orucova, Novruz Cəfərov, İlham Hüseynov, Ramiz Vəliyev, aktyorlar Akif Səfərov, Günay Cabbarova, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edirlər.
Tamaşa aprelin 25-də “Hamamızade İhsan bey kültür merkezi”nin səhnəsində nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:55]
Lənkəranda ağacəkmə aksiyası
- 06.06.2026 [19:26]
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
- 06.06.2026 [17:58]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [16:31]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [15:20]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]