GƏNCƏ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül həmin gün qədim Gəncə şəhərinə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Gəncə beynəlxalq hava limanında Türkiyə Prezidentini və onu müşayiət edən nümayəndə heyətini böyük ehtiramla, gül-çiçəklə qarşıladılar.
Ali qonağı Gəncəyə səfərdə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfov müşayiət edirlər.