Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 136 illiyi qeyd olunub
Gəncə, 11 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 136 illiyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sədri və nümayəndələri, rəsmilər və xristian dinindən olan şəhər sakinləri iştirak ediblər.
Qeyd edək ki, Aleksandr Nevski Kilsəsi Gəncə şəhərində 1887-ci ildə tikilib. Kilsə Bakı Yeparxiyasının tabeliyindədir.