Gəncədə yol qəzası: 1 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO
Gəncə, 27 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik maşını sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik maşınında olan bir nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.