Gənclər ekologiyanın qorunması ilə bağlı məsələlərdə öz səsini yüksəltməlidir
Şuşa, 12 dekabr, AZƏRTAC
Təbiətin qorunması gənclər üçün ən vacib məsələlərdən biridir. Bugünkü aksiyada iştirak etməyimizin məqsədi yaranan ekoloji qanun pozuntusunun, qanunsuz istismarın qarşısının alınmasıdır.
Bunu bir qrup azərbaycanlı ekoloqun, QHT nümayəndələrinin dekabrın 12-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Laçın-Şuşa yolunda təşkil edilən etiraz aksiyasının iştirakçısı, ekokönüllü Nəzrin Əzizli AZƏRTAC -a müsahibəsində deyib.
Onun sözlərinə görə, gənclər ekologiyanın qorunması ilə bağlı məsələlərdə öz səsini daim yüksəltməlidir.
“Çayların çirkləndirilməsi, ağacların kəsilməsi, mədənlərin qanunsuz istismar edilməsi ekoloji fəlakətdir. Bizim tələbimiz bu kimi halların qarşısının vaxtında alınması istiqamətindədir. Burada yalnız ölkəmiz üçün deyil, eyni zamanda, regionumuz üçün də təhlükəli bir hal yaranıb. Gənclər təbii sərvətləri qorumalı və sonrakı nəsillərə ötürməlidir”, - deyə ekokönüllü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]