Gənclər və idman naziri Abşeron və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşüb
Bakı, 13 iyul, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov iyulun 13-də Xırdalan şəhərində Abşeron və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən görüşdə nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Sonra nazir görüşün keçirildiyi Abşeron Olimpiya İdman Kompleksində cüdo və gimnastika bölmələrində məşq prosesini izləyib.