GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ MÜSABİQƏ KEÇİRİR
Bakı, 2 mart (AZƏRTAC). Gənclər və İdman Nazirliyi (GİN) idman sahəsində döş nişanlarının eskizinin hazırlanması məqsədilə müsabiqə elan etmişdir.
“Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi”, “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının əməkdar idman ustası”, “Azərbaycan Respublikasının idman ustası”, “Respublika dərəcəli hakim” döş nişanlarının eskizinin hazırlanması ilə bağlı keçirilən müsabiqənin məqsədi döş nişanlarının müasir tələblərə cavab verməsi, milli dəyərlərlə zəngin olmasıdır.
Müsabiqə qalibləri üçün pul mükafatları nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]