GƏNCLƏR VƏ İDMAN SAHƏSİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI HAQQINDA NİYYƏT PROTOKOLU İMZALANMIŞDIR
Sənədi Azərbaycan tərəfdən gənclər və idman naziri Azad Rəhimov, Türkiyə tərəfdən Baş nazirin müavini, dövlət naziri Mehmet Ali Şahin imzalamışlar.
Azad Rəhimov son zamanlar ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrlə yanaşı, idman sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, ümummilli liderimiz Heydər Əliyevin müxtəlif vaxtlarda Azərbaycan-Türkiyə dostluğuna dair söylədiyi fikirləri xatırlatmışdır. Nazir ölkəmizin idman sahəsində qazandığı uğurları diqqətə çatdırmış, Türkiyə idmançıları ilə keçiriləcək təlim-məqşlərin, yarışların vacibliyini, imzalanmış sənədin idmanımızın inkişafına təkan verəcəyini vurğulamışdır.
Mehmet Ali Şahin Azərbaycanda idmanın bir çox sahələrinin inkişafından, əldə edilmiş uğurlardan, idman qurumlarında keçirdiyi görüşlərdən, Olimpiya İdman Kompleksi və Taekvondo Federasiyasının idman qurğuları ilə tanışlıqdan məmnunluğunu bildirmiş və əməkdaşlıq haqqında niyyət protokolunun hər iki tərəf üçün əhəmiyyətini diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]