Gənclərdən ibarət milli komandalarımız təlim-məşq toplanışında
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 1-dən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıblar.
AZƏRTAC xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.
U-16 və U-18 millilərimiz müvafiq olaraq 19-27 iyul tarixlərində Kosovanın Priştina və 29 iyul - 6 avqust tarixlərində Bakı şəhərlərində keçiriləcək Avropa çempionatı "C" divizionlarının oyunlarına hazırlaşırlar.
Təlim-məşq toplanışı iyunun 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]